Stoltenberq: "Putin bizi qorxudur"
2024-09-27 12:00:14
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Vaşiqntonda keçirilən tədbirdəki çıxışı zamanı RF Prezidenti Vladimir Putinin nüvə doktrinasında dəyişikliklər ediləcəyi barəsində açıqlamalarını Ukrayna ilə yanaşı, bütövlükdə NATO-nu da "qorxutmaq cəhdi" kimi qiymətləndirib. Stoltenberq deyib: "Bu, Ukraynanı və onu dəstəkməməyimiz üçün bizi qorxutmaq üsuludur. Məqsəd Ukraynaya kömək göstərənlərə özünü müdafiə eləmək imkanı verməməkdir".
Hürr Tərcüman