📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Stoltenberq qorumağa hazırıq dedi, Kovaçevski isə...

2023-11-22 20:46:40

Stoltenberq qorumağa hazırıq dedi, Kovaçevski isə...

NATO Qərbi Balkan regionundakı müttəfiqlərini mümkün hərbi təhdidlərdən qorumağa hazırdır.

Bunu NATO Baş katibi Yens Stoltenberq Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşündə deyib.

O qeyd edib ki, NATO Balkan regionunda hər hansı hərbi təhlükə görmür, lakin ehtiyatlı və vahid mövqedədir:

"Alyans hadisələri diqqətlə izləyir və hər bir müttəfiqini hərbi təhdidlərdən qorumağa hazırdır".

Dimitar Kovaçevski isə Şimali Makedoniyanın təhlükəsizliyi və sabitliyinin təhdid altında olmadığını bildirib. \\Axar.Az