Stoltenberq: “Ukrayna NATO-ya bu qədər yaxın olmamışdı”
Ukrayna-NATO Şurası quruldu
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüs sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirdikləri ortaq mətbuat konfransında Ukraynanın “NATO-ya heç olmadığı qədər yaxın” olduğunu söyləyib.
Stoltenberq Zelenskiyə xitabla deyib: “NATO ehtiyac hiss elədiyiniz müddətdə yanınızda olacaqdır”. O, Ukraynanın Rusiyaya qarşı müdafiəsinə yardım eləmək üçün NATO müttəfiqlərinin indiyə qədər Kiyevə milyardlarla dollar dəstək verdiklərini, dəstəyin davam edəcəyini söyləyib.
Vilnüs sammitində çoxillik həri yardım paketi barəsində razılıq əldə edildiyini, bunun sayəsində sovet dövrünün hərbi sisteminin NATO standartlarına çevriləcəyini xatırladan Stoltenberq NATO-Ukrayna Şurasının qurulduğunu, bununla da iki tərəfin bərabər ortaqlar olaraq qərarlar verə biləcəyini deyib.
Stoltenberq “Ukraynanın NATO üzvü olması üçün liderlərin mesaj verdiklərini, Ukraynanın ittifaqa üzv olmağa çox yaxın olduğunu” deyib.
Hürr Tərcüman