Stoltonberq baş katib kürsüsünü özündə saxlayacaq
2022-03-24 17:26:00
Yens Stoltenberq daha bir il NATO-nun baş katibi olaraq qalacaq.
Hurriyyet.az TV-2-yə istinadla xəbər verir ki, Norveçin Baş naziri Yonas Qar Stare bildirib ki, qərar qəbul edilərsə, Stoltenberqin NATO-dakı mandatının uzadılmasını dəstəkləyəcək.
Baş nazirin sözlərinə görə, o, bunu baş katiblə müzakirə edib və ona dəstəyini bildirib.
Bundan əlavə, bir neçə ABŞ rəsmisi “Financial Times”a bildiriblər ki, onlar Stoltenberqin NATO-nun rəhbəri postunda səlahiyyət müddətinin uzadılmasına dəstəyin artdığını görüblər.