📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Strasburqda Azərbaycan və Ermənistan gənclərinin görüşü planlaşdırılır

2022-06-03 13:09:00

Strasburqda Azərbaycan və Ermənistan gənclərinin görüşü planlaşdırılır

Strasburqda Azərbaycan və Ermənistan gənclərinin nümayəndələrinin görüşü keçiriləcək. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.
Görüş sülh prosesində iştirak etmək məqsədilə iyunun 6-10-da Fransa və Almaniya gənclərinin iştirakı ilə keçiriləcək.
Səfir onu da qeyd edib ki, bu təşəbbüs Brüsseldə müzakirə olunub və ötən ilin dekabrında Ermənistan və Azərbaycan liderlərinin görüşündə razılaşdırılıb.

Ülviyyə, Hurriyyet.az