📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Su anbarında batma təhlükəsi olan şəxs belə xilas edildi (VIDEO)

2023-07-01 21:47:00

Su anbarında batma təhlükəsi olan şəxs belə xilas edildi (VIDEO)

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Bu barədə Hurriyet.Az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Xilasetmə əməliyyatı ilə 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu "Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.