📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Su BAHALAŞIR? - Agentlikdən SON DƏQİQƏ AÇIQLAMASI

2024-09-17 17:54:28

Su BAHALAŞIR? - Agentlikdən SON DƏQİQƏ AÇIQLAMASI

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli suyun tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Minval.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, istehlak olunan suyun qiymətində dəyişikliklə bağlı söhbətlər əsassız şayiələrdən doğur.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri ölkədə iqlim dəyişikliyi ilə bağlı gözlənilən şirin su qıtlığıyla əlaqədar xəbərlər fonunda suyun qiymətinin artırılması imkanlarını qızğın müzakirə edirlər.