📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Su borusu partladı, qəbiristanlığı su basdı - AÇIQLAMA

2022-02-07 13:25:00

Su borusu partladı, qəbiristanlığı su basdı - AÇIQLAMA

Redaksiyamıza Suraxanı rayonu Bülbülə qəsəbəsində qəbirlərin çirkab sularla dolması ilə bağlı şikayət daxil olub.

Hurriyyet.az xəbər verir ki, şikayətlə bağlı Bülbülə qəsəbəsi Bələdiyyə Sədri Natiq Həsənovla əlaqə saxladıq.

Sədr BAKU.WS-ə açıqlamasında bildirib ki, ərazidəki sulardan nümunə götürülüb və içməli su olduğu təsdiqlənib.

Bələdiyyə sədri bildirib ki, qəbiristanlıqdan keçən içməli su borusu patlayıb və "AZƏRSU" ASC-yə hadisə ilə bağlı yazılı müraciət olunub. Həmçinin N.Həsənov qeyd edib ki, Rayon İcra Hakimiyyətində məsələyə baxılır, problem bu həftə ərzində öz həllini tapacaq.