📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“SU BORUSU PARTLASA DA, BAXAN YOXDUR...” - Nərimanov sakinlərindən şikayət / Video

2024-09-24 17:04:39

“SU BORUSU PARTLASA DA, BAXAN YOXDUR...” - Nərimanov sakinlərindən şikayət / Video

Nərimanov rayonu, Böyüş şor qəsəbəsi, Daş karxanası ev 27, 29C, 46 və 61 nömrəli ünvanda yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.  Şikayətçilər deyirlər ki, ərazidə su borusu partlasa da, “Azərsu” ilə əlaqə saxlasalar da, gəlib baxış keçirməyiblər.

Məsələ ilə “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun açıqlamasını olduğu kimi təqdim edirik:

“Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş karxanası ev, 27, 29c, 46, 61 ünvanlardan keçən su xəttində qəza baş verib. Hazırda sukanal idarəsinin briqadası əraziyə cəlb edilərək borunun təmir və bərpası istiqamətində işləri həyata keçirirlər”.

Sakinlər tərəfindən redaksiyamıza göndərilən videonu təqdim edirik:

https://www.youtube.com/shorts/zCT0hH9rrC4

Aynurə İSMAYIL