📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci oldu - Fotolar

2026-11-18 15:19:40

Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci oldu - Fotolar

14-15 noyabr tarixlərində Türkiyənin Adana şəhərində beynəlxalq surfkastinq (sahildən balıq ovu) yarışı keçirilib.

Hurriyyet.net xəbər verir ki, turnirdə Azərbaycan Su İdmanı Federasiyasını “BAKI” Balıqçılar Klubunun idmançıları Çingiz Qəniyev və Azər Əliyev təmsil ediblər.

Təmsilçilərimiz ümumilikdə 17 balıq tutaraq 502 xal toplayıblar.

Onlar bu nəticə ilə birinci yerə layiq görülüblər. Komandamız, həmçinin “Ən böyük balıq” mükafatına da sahib olub.