📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Su təchizatına qoşulmaq istəyirsinizsə, bu videoya baxın

2026-10-15 12:42:26

Su təchizatına qoşulmaq istəyirsinizsə, bu videoya baxın

Su təchizatına qoşulmaq indi daha asandır.

Hurriyyet.net  xəbər verir ki, bunun üçün vətəndaşlar tələb olunan sənədlərlə “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə, eləcə də “mygov” platforması üzərindən onlayn müraciət edə bilərlər.

Müraciət zamanı müvafiq sənədlərin tam təqdim olunması prosesin daha operativ aparılmasına imkan verir.

Təqdim olunan sənədlər aidiyyəti üzrə araşdırılır. Texniki imkanlar qiymətləndirilərək qoşulma şərtləri müəyyən edilir.

Tələb olunan prosedurlar tamamlandıqdan sonra su təchizatına qoşulma ilə bağlı növbəti mərhələlər barədə məlumat verilir. Elektron müraciət imkanı vətəndaşların vaxtına qənaət etməyə və xidmətlərdən daha rahat yararlanmağa şərait yaradır.

Su təchizatına qoşulma ilə bağlı daha ətraflı məlumatı təqdim olunan videoçarx vasitəsilə əldə edə bilərsiniz.