📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sualtı qayıq gərginliyi böyüyür – “Aukus” Fransada qəzəb doğurdu

2021-09-17 14:02:00

Sualtı qayıq gərginliyi böyüyür – “Aukus” Fransada qəzəb doğurdu

Huriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir

ki, “Aukus” adı altında qurulan təhlükəsizlik əməkdaşlığı

Fransada kəskin narazılıq doğurub. Sualtı qayıqla bağlı

böhrandan sonra Vaşinqtondakı ABŞ-Fransa dostluq

tədbiri ləğv edilib.

ABŞ ilə Britaniyanın ittifaq yaratmasından sonra

Avstraliya ilə sualtı qayıq ticarəti sövdələşməsi ləğv edilən

Fransa dövlətinin Vaşinqtondakı səfirliyi cümə axşamı

səfir Filipp Etyenin iqamətgahında keçiriləcək ABŞ-Fransa

dostluq tədbir ləğv edildiyini bildirib.

Tədbirin ABŞ-ın müstəqillik savaşında Fransa Dəniz

Qüvvələrinin yardımı ilə İngiltərəyə qarşı qazandığı

Çesapisk müharibəsinin 240-cı ildönümünü qeyd eləmək

məqsədi ilə keçirilməsi nəzərdə tutulurdu.

Xəbər verdiyimiz kimi, İngiltərənin Baş naziri Boris

Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş

naziri Skott Morrisonun Çin dövlətinə qarşı yaratdıqlarıı

“Aukus” adlı hərbi alyans barəsindəki razılaşmaya görə,

Avstraliya ən azı səkkiz ədəd atom sualtı qayığı alacaq.

Bu müqavilə səbəbindən Avstraliyanın Fransa ilə birlikdə

sualtı qayıq hazırlanması ilə bağlı sazişinin də ləğv

olunacağı bildirilir. Avstraliya mətbuatının yazdığına görə,

2016-cı ildə imzalanmış və 12 ədəd sualtı qayığın istehsal

edilməsini nəzərdə tutan müqavilə ləğv ediləcək.

Fransanın Xarici İşlər naziri Jan İv Le Drian 90 milyard

dollarlıq sövdələşmənin ləğv edilməsinə etirazını

bildirərək, “kürəyimizdən vurulduq” deyə açıqlama verib.