📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sudanda BMT-nin ofisi qarət edildi

2023-04-19 00:28:00

Sudanda BMT-nin ofisi qarət edildi

Sudanın Cənubi Darfur vilayətində BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi təşkilatının ofisi qarət edilib.

Bu barədə təşkilatın Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits tviterdə bildirib.

"Sudanda humanitar işçilərə qarşı hücumlar davam edir. Bu, qəbuledilməzdir və dərhal dayandırılmalıdır", - BMT rəsmisi deyib.\\Reaktor.Az