Sudanda çevriliş: paytaxta giriş dayandırıldı
2021-10-25 11:30:00
Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Sudanda bir qrup hərbçi səhər saatlarında ölkəni idarə edən koalisiya hokumətinin ortağı olan partiyaların liderlərini və Baş nazir Abdullah Hamduku həbs ediblər. Bu həbslərin ardından Hartumda etirazlar başlanıb, nümayişçilər bəzi yollarda təkərlər yandıraraq gəliş-gedişi bağlayıblar.
Sudan İnformasiya Nazirliyi isə Suverenlik Şirasının bəzi üzvlərinin və keçid hökumətinin bəzi nazirlərinin birgə hərbi qüvvələr tərəfindən həbs edildiyi barəsində məlumat verib. Ölkədə internet və telefon rabitəsində problemlər yaranıb.
Hürr Tərcüman