Sudanda qızıl mədəni çökdü: 38 nəfər öldü
2021-12-28 22:08:00
Sudanda iki gün öncə çökən qızıl mədəninin dağıntıları altından 31 nəfərin meyiti çıxarılıb.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, hadisə kustar üsullarla qızılın çıxarıldığı Umm-Darsaya mədənində baş verib.
Daha 8 nəfər isə itkin düşmüş hesab edilir.
***
Sudanda qızıl mədəninin çökməsi nəticəsində ölənlərin sayı artıb.
Son məlumata görə, daha 7 işçinin meyiti dağıntılar altından çıxarılıb və bununla da ölənlərin sayı 38-ə çatıb. \\Axar