📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb - Toqquşmalarda ölənlər var

2021-10-30 19:55:00

Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb - Toqquşmalarda ölənlər var

Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman
kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.
Bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.
"Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayidə iki etirazçı həlak olub", - məlumatda deyilir.
Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.
Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb. \\Report