📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sudanla İran arasında diplomatik əlaqələr bərpa olunub

2024-07-22 18:40:28

Sudanla İran arasında diplomatik əlaqələr bərpa olunub

Hurriyyet.az "Blumberq" nəşrinə istinadla xəbər verir ki, Sudan ilə İran arasında diplomatik əlaqələr bərpa olunub. Sudan hökuməti İrana səfir göndərib, İran səfiri də Sudana gedib. Bununla da iki ölkə arasında 2016-cı ildə dayandırılmış diplomatik münasibətlər tam bərpa olunub.
Sudan beynəlxalq tərəfdaşlar vasitəsi ilə Çevik Qüvvələrə qarşı müharibədə üstünlük qazanmağa çalışır. Ölkə rəhbərliyi dəfələrlə BƏƏ-ni qiyamçıları dəstəkləməkdə ittiham edib.
2024-cü ilin əvvəllərində İran sudan hərbçilərinə hərbi dronlar təqdim edib. 2023-cü ildə Tehran ilə Sudanın hərbi hökuməti arasında əlaqələrin bərpa olunması üçü danışıqlar başlanıb. İki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə Sudanın Yəmən husilərinə qarşı koalisiyaya qoşulmasından sonra dayandırılmışdı.
2024-cü ilin martında Sudan hökuməti Tehrandan hərbi yardım aldığı barədə xəbərləri təkzib etmişdi. Lakin mediada Sudan keçid hökumətinin cəbbəxanasında İran dronlarının olması barəsində xəbərlər yayılmışdı.
Hürr Tərcüman