📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sükan arxasında əlində içki şüşəsi olan şəxs ÜZR İSTƏDİ - VİDEO

2022-03-30 23:47:00

Sükan arxasında əlində içki şüşəsi olan şəxs ÜZR İSTƏDİ - VİDEO

Sosial şəbəkə hesablarının birində sürücüləri avtomobili spirtli içkinin təsiri altında idarə etməyə təşviq edən şəxsin videogörüntüsü yayımlanıb.

Araşdırma zamanı sözügedən videogörüntünün İsmayıllı rayon sakini Musayev Rauf Xalıq oğlu tərəfindən çəkilərək paylaşıldığı müəyyən edilib.

Polis şöbəsinə dəvət olunan R.Musayev faktı təsdiq edib, bununla yanaşı videogörüntü vasitəsilə ictimaiyyətə müraciət edərək yol verdiyi əmələ görə peşman olduğunu bildirib.

Cəmiyyətdə, xüsusilə gənclər arasında neqativ meyillərin formalaşmasına xidmət edən bu tip paylaşımların doğurduğu acı nəticələrlə bağlı vət.R.Musayevlə profilaktik söhbət aparılıb və barəsində qanunamüvafiq tədbir görülüb.

 

Oxu.Az