📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sükan arxasında meyiti tapıldı

2026-11-17 16:37:44

Sükan arxasında meyiti tapıldı

Bakıda sürücü sükan arxasında vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib.

Gecə saat 01 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Rüfət Həsənovun meyiti özünə məxsus “Changan” markalı avtomobildə aşkar edilib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.