Süleyman Soylu: “Türkiyədə terrorçuların sayı getdikcə azalır”
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Türkiyədə terrorçuların sayının 180 nəfərdən də az qaldığını deyib. Soylu deyib: “Türkiyədə terrorçuların sayı 180 nəfərdən də az qalıb. Terrorçuluğun ən çox maliyyə yüklədiyi ölkə bizik. Terroru maliyyələşdirən, ona güc verən Avropadır. Bu qədər üzsüzlük ola bilərmi?” Soylu bu sözləri söyləyərkən, Çirkli pulların yuyulması ilə bağlı beynəlxalq işçi qrupunun (FATF) Türkiyəni “diqqətli nəzarət altında saxlanılmalı” olan ölkələrin “boz siyahısına” salmasını nəzərdə tutaraq söyləyib.
Bəlli olduğu kimi, 10 ölkənin – Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın səfirləri Türkiyədə dövlət çevrilişdə cəhddə ittiham edilən Osman Kavalanı həbsdən azad etməyə çağırıblar.
Soylu bununla əlaqədar deyib: “On nəfər səfir hüquqa müdaxilə edən açıqlama verib. Nə ədəbsiz bir açıqlamadır. Sabah bizdən Aponu da azad eləməyimizi tələb edə bilərlər. Səlahəddin Demirtaşı da çıxarmağımızı istəyə bilərlər. Hüququn aliliyindən danışan Qərb Türkiyə məhkəməsinə göstəriş verə bilməz. Bunu qəbul eləmirik. Burası çadır dövləti deyil. Hamı ağlını başına yığsın”.
Hürr Tərcüman