Sülh danışıqları Minski təkrarlamamalıdır, əks halda... - Lavrov
2022-04-06 09:27:00
Kiyevlə sülh danışıqları Minsk razılaşmalarının taleyini təkrarlamamalıdır.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, sülh danışıqlarında Kiyev təxribatla məşğul olmamalıdır:
“Əks halda, Minsk razılaşmalarının taleyini təkrarlamaq riskimiz var. Biz heç vaxt buna getməyəcəyik. Bir daha vurğulayıram ki, biz Minsk razılaşmalarının taleyinin təkrarlanmasını istəmirik və belə bir təkrara yol verə bilmərik”.