📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”

2023-05-18 17:14:00

“Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”

“KTMT Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

Hurriyyet.az “Belta”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. 

Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi olaraq danışıqlar aparılır və o bu yaxınlarda Avropada danışıqların növbəti raundunu xatırladıb: “Bu danışıqların sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına və tərəflərin sərhədlərin delimitasiyasına başlayacağına ümid edirik”.

qafqazinfo.az