📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülh sazişinə mane olan əsas məsələlərdən biri... - XİN

2024-09-12 09:36:17

Sülh sazişinə mane olan əsas məsələlərdən biri... - XİN

Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, sülh sazişi bütöv sənəddir:

“Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş mövcuddur”.

A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır:

"Həmçinin bildirim ki, Azərbaycan Konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".

Nazirlik rəsmisi onu da vurğulayıb ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.