📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülh sazişinə “Qarabağ bəndi” sala bilmərik – İrəvan

2022-10-14 15:23:00

Sülh sazişinə “Qarabağ bəndi” sala bilmərik – İrəvan

Azərbaycan və Ermənistan arasında imzalanacaq müqavilədə Qarabağın Azərbaycandan kənarda qeyd olunması sülh sazişinin pozulmasına səbəb ola bilər.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin sualına cavab olaraq deyib.

“Mümkün sülh müqaviləsində Ermənistan və Azərbaycanın imzalayacağı sənəddə belə bir qeydin olacağını düşünmürəm. Çünki bu, əks təsir göstərə bilər. İkincisi, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb. Ərazilərin göstərilməsi isə mümkün sülh müqaviləsini yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə çevirəcək”, - spiker bildirib.

axar.az