📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir" - ELXAN ŞAHİNOĞLU

2023-12-28 13:16:45

"Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir"

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir. Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır: "Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir. Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az