📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülh üzrə Nobel mükafatı ona verildi

2026-10-09 15:06:56

Sülh üzrə Nobel mükafatı ona verildi

Cənubi Afrika Respublikasından (CAR) olan hüquqşünas və insan hüquqları müdafiəçisi Navanethem “Navi” Pillay Sülh üzrə Nobel mükafatına layiq görülüb. 

Hurriyyet.net xəbər verir ki, bu barədə mükafatın saytında məlumat yayılıb. 

Bildirilib ki, mükafat Pillaya “beynəlxalq hüququn möhkəmləndirilməsi və sülhə dəstək üzrə səylərinə görə” verilib.

O, 2008-2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsini tutub.

Qeyd edək ki, 2026-cı ildə Nobel İnstitutu sülh mükafatı üçün 287 namizəd qeydiyyata alıb ki, onlardan 208 nəfəri ayrı-ayrı şəxslər və 79-u isə təşkilatlardır.