Sülh, yoxsa əks-hücum - Zelenski planlarını bəyan etdi
2024-02-23 12:53:45
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski "Foks Nyus" kanalına açıqlamasında Rusiya ilə əvvəllər imzalanmış Minsk razılaşmasına bənzə müqavilə imzalamaq istəmədiyini bəyan edib.
Zelenskinin fikrincə, müharibənin bitməsi ukraynalılardan asılı deyil. Onun sözlərinə görə, dünya Rusiyanın hərbi münaqişədə məğlubiyyətinə, ardından həmin ölkədə baş verəcək dəyişikliklərə hazır deyil.
Zelenski Ukraynanın yeni əks-hücuma hazırlaşdığını, hədəfin Ukrayna ordusunun Qara dənizdə uğurlarına davam etməsi olduğunu, "Rusiyanı sürprizlər gözlədiyini" deyib.
Hürr Tərcüman