📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülhməramlılar Laçın yolundakı çadırları sökürlər - Fotolar

2022-12-24 13:16:00

Sülhməramlılar Laçın yolundakı çadırları sökürlər - Fotolar

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur. 

Hurriyyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.