Sülhməramlılar Qarabağdan çıxarılır! - TASS
2023-10-06 13:02:43
Hurriyyet.az xəbər verir ki, Rusiya MN nümayəndə heyəti İrəvana gedir. TASS informasiya agentliyinə məlumat verən diplomatik mənbə görüş zamanı sülhməramlıların Qarabağdan çıxarılma tarixinin müzakirə ediləcəyini bildirib: “Rusiyanın Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Erməni tərəfi ilə görüş zamanı Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret zamanı müzakirə ediləcək”.
Hürr Tərcüman