📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDI

2022-05-05 17:15:00

Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDI

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.

"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Sos ( Xocavənd - red. ) və Xaçmaç ( Xocalı - red. ) kəndlərində yerləşirdi.

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.

Ərazidən çıxarılan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.