📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülhməramlılar Xankəndidə yenə uşaqlara yardım payladı

2022-02-12 15:04:00

Sülhməramlılar Xankəndidə yenə uşaqlara yardım payladı

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin yardım mərkəzi Xankəndidə humanitar aksiya keçirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xankəndidəki 5 saylı uşaq evindəki 117 uşağa karandaş, rəsm ləvazimatları, uşaq oyuncaqları və s. hədiyyə edilib.

Qeyd edilib ki, 2022-ci il ərzində - 40 gün müddətində Xankəndi və ətrafında, o cümlədən Laçın dəhlizi boyunca yerləşən köçkünlər üçün ümumilikdə 30-dan çox humanitar aksiya keçirilib.

Axar.az