📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülhməramlılar ya erməni silahlılarını Qarabağdan çıxaracaq, ya da özləri gedəcək

2022-03-01 16:09:00

Sülhməramlılar ya erməni silahlılarını Qarabağdan çıxaracaq, ya da özləri gedəcək

"Rusiya-Ukrayna müharibəsi Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı erməni silahlılarının çıxarılması prosesini sürətləndirə bilər. Əlbəttə ki, bu mümkündür".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Qərb Rusiyaya məxsus hərbi birləşmələrin başqa regionlara daxil olmasına verdiyi reaksiyanı Qarabağda göstərmədi:

"Biz Qarabağda hadisələrin iki cür inkişafına şahid ola bilərik:

I. Rusiyanın özü gücünü təmərküzləşdirməyə ehtiyac duyduğu üçün bölgədəki və digər bölgələrdəki qüvvələrini Ukraynada cəmləşdirə bilər. 

II. Bəzi ölkələr Ruisya ilə bir prearitet, bərabərlik saxlamaq istəyirlər, istəyirlər ki, münasibətlər korlanmasın. Bu ölkələrin başına bir çox mərkəzi Avropa ölkələri və Türkiyə gəlirdi. Ona görə həmin ölkələr Rusiyanın Qarabağa qoşun daxil etməsinə, sülhməramlı adı altında öz qoşunu yerləşdirməsinə etiraz etmədi. Biz Ukrayna, Moldova, Gürcüstan və s. ölkələrdəki Rusiya ordusu, bazaları kimi əslində Qarabağa da rus ordusu yerləşdiriləndə şahidi olmadıq ki, buna qarşı etirazlar keçirilsin. Eyni məsələyə biz Qazaxıstanda da şahid olduq. 

Fikir verdinizsə, Rusiya qoşunlarının Qazaxıstana girməsi heç də dünya mediasında xüsusi müqavimət görmədi, işıqlandırılmadı. Amma burada buna əsas özümüz etiraz etdik və müəyyən qədər Türkiyə rus sülhməramlılarının Azərbaycan ərazisindəki özbaşınalığından narazıdır. Amma əgər hadisələr bu yöndə inkişaf edərsə, - artıq görürük, Türkiyə ilə Rusiya arasında iplər gərilir, Türkiyə Rusiyanın Ukrayna ilə haqsız davasının qeyd-şərtsiz, təcili şəkildə bitməsini istəyir, - Boğazları artıq bağlamaq məsələsi gündəmə gəlib.

Türkiyə Şuşa Bəyannaməsinə görə artıq Azərbaycanın təhüləsizlik, hərbi ortağıdır. Türkiyənin bu zamana kimi Rusiya ilə həm Suriyada, həm Liviyada, həm də Qarabağda qarşılıqlı müzakirə mühüti mövcud idi. O mühüt bitdiyinə görə, Türkiyə artıq Azərbaycana bu məsələdə dəstək verə bilər. Biz birbaşa oradakı sülhməramlıların ya xoşluqla, ya da hərbi yolla çıxarılmasını özümüz tələb edə bilərik. Eyni şəkildə Azərbaycan Ordusu özü də bunu tələb edə bilər. Bu, hadisələrin inkişafından asılıdır.

Ukrayna qarşısında aciz qalan rus ordusunun vəziyyətinə ayan olduqdan sonra biz professional, müasir ordumuzla özümüz öz ərazilərimizdən kənar qüvvələri, silahlı birləşmələri çıxara bilərik. 

Türkiyə də bu məsələdə bizə açıq şəkildə dəstək verəcək və öz mövqeyini ortaya qoyacaq ki, fikrimcə artıq Rusiyanın beynəlxalq nizamı pozduğu bu hadisələrdən sonra Türkiyə də Rusiya ilə Qarabağda və yaxud başqa bir yerdə razılaşmaya getməyəcək".

Milli.Az