Sülhməramlılara siyahı verildi: - Bu ermənilərin Qarabağa səfərinə QADAĞA
2022-08-09 16:42:00
“Hraparak” qəzeti Rusiya sülhməramlılarının Ermənistandan gedən müxalifətyönlü jurnalistləri Qarabağa buraxmaması ilə bağlı açıqlama yayıb.
Hurriyyet.az-ın cebhe.info-ya istinadən məlumatına görə, adıçəkilən mətbuat orqanı Ermənistan hakimiyyətinin Qarabağa səfəri qadağan olunacaq şəxslərin siyahısını sülhməramlılara təqdim etdiyini qeyd edib.
“Ermənistan hakimiyyətinin Fərrux hadisələri zamanı müxalifət deputatlarının Qarabağa daxil olmasına icazə verilmədiyi kimi, təhlükəsizlik problemi yaratmamaq üçün sülhməramlılara siyahı verildiyi və arzuolunmaz qonaqların Qarabağa girişinə qadağa qoyması ilə bağlı sübutlar var”.