📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülhməramlıların daha iki avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib

2022-12-31 13:48:00

Sülhməramlıların daha iki avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Hurriyyet.az xəbər verir ki, bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın keçirilməsinə baxmayaraq, sözügedən yol humanitar məqsədlər üçün açıqdır. (qafqazinfo)