📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir

2023-10-18 08:55:09

Sülhməramlıların Qarabağda işi budur: DYP-yə kömək edir

19-20 sentyabrda Azərbaycan Ordusunun lokal antiterror tədbirlərindən sonra heç bir zərurət olmadığından 8 müşahidə, 16 müvəqqəti məntəqəsini bağlayan sülhməramlılar hazırda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə məşğul olmaq qərarına gəliblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin günlük bülletenində bildirilib.

Qeyd edilib ki, sülhməramlılar Qarabağda “nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə” yollar boyu 13 nəzarət-buraxılış məntəqəsi yaradılıb. Bu məntəqələrin 8-i Azərbaycan yol polisi ilə birgə fəaliyyət göstərir./Axar.az/