📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumıda boya anbarı YANIR - FOTO

2022-03-18 21:41:00

Sumıda boya anbarı YANIR - FOTO

Sumıda lak-boya məmulatları olan anbarda artilleriya atəşi nəticəsində yanğın baş verib.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilir ki, yanğın 6000 kvadratmetrdən çox ərazini əhatə edib.

“Martın 18-də saat 16:00 radələrində atəşə tutulma nəticəsində 6000 m2-dən çox sahədə boya və lak məmulatları olan birmərtəbəli anbar binası yanıb. Xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün Dövlət Fövqəladə Hallar Xidmətindən 20 nəfər və 4 texnika cəlb olunub”, – deyə məlumatda qeyd edilir.


 

Konkret.az