📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sumqayıt" "İmişli"yə qalib gəlib

2026-04-25 20:35:16

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

Milli.Az xəbər verir ki, "İmişli" "Sumqayıt"ı qəbul edib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqlar 38 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu yerdədir.