📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda 13 tibb işçisi eyni gündə işdən çıxarıldı

2026-10-02 11:38:23

Sumqayıtda 13 tibb işçisi eyni gündə işdən çıxarıldı

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib.

Hurriyyet.net  Teleqraf-a istinadla xəbər verir ki, işdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var.

Buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub.

TƏBİB-in araşdırması zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq arayışlarının 20 dəqiqə ərzində verildiyi müəyyən edilib. Qurum bunu prosedur pozuntusu kimi qiymətləndirib.

Nəticədə 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib.

İşdən azad edilənlər arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmin tibb müəssisələrində çalışan katibələr də eyni səbəblə işdən çıxarılıb.