📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda 13 yaşlı məktəbli İTKİN DÜŞDÜ

2021-11-13 21:40:00

Sumqayıtda 13 yaşlı məktəbli İTKİN DÜŞDÜ

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb. Şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Lakin müəllimi zəng edərək, Elcanın dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur. \Virtualaz.org