📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı

2026-09-19 19:10:05

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb.

İddiaya görə, hadisə ailə münaqişə zəminində baş verib və 67 yaşlı kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.