Sumqayıtda 7 yaşlı uşaq məşq zamanı boynu qırılaraq öldü
2023-04-29 22:13:00
Sumqayıt şəhərində 7 yaşlı uşaq məşq zamanı ölüb
Hurriyyet.Az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, 7 yaşlı FM. idmanla məşğul olduğu zallardan birində məşq zamanı boynu qırılaraq ölüb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report