📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi

2026-02-06 20:27:03

Sumqayıtda ailədaxili münaqişə qanla nəticələndi

Sumqayıtda ailədaxili münaqişə qanla nəticələnib.

Telegraf-ın yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 40-cı məhəlləsində ağır məişət hadisəsi baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Səfərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü İradə Səfərovaya kəsici alətlə xəsarət yetirib.

Məlumata görə, insident şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib. Yaralı qadın dərhal tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, hadisənin dəqiq səbəbləri araşdırılır.