Sumqayıtda avtomobil mağazaya çırpıldı
2024-10-31 23:53:11
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Hurriyyet.az" “Report”a istinadən xəbər verir ki, hadisə Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
İdarəetmədən çıxan “Kia Rio” markalı minik avtomobili mağazaya çırpılıb.
Faktla bağlı araşdırma aparılır.