📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda böyük yanğın başladı: Tüstü şəhəri bürüdü

2023-11-27 09:28:36

Sumqayıtda böyük yanğın başladı: Tüstü şəhəri bürüdü

Sumqayıtda Məişət Tullantıları Poliqonunda yanğın başlayıb.

Hurriyyet.az xəbər verir ki, yanğın 7 hektar ərazini əhatə edib.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Küləkli hava səbəbindən Sumqayıtın bir çox küçə və prospektlərində qatı tüstü əmələ gəlib. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

APA