📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda dəhşət: Azyaşlı qardaşlar oğurlandı - FOTO

2021-09-25 09:12:00

Sumqayıtda dəhşət: Azyaşlı qardaşlar oğurlandı - FOTO

Sumqayıtda iki azyaşlı qardaş itkin düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.

Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.

Fotoda təsvir olunan azyaşlı qardaşları görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.