📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda evdə yanğın oldu, ana və qızı tüstüdən zəhərləndi

2026-05-05 16:17:18

Sumqayıtda evdə yanğın oldu, ana və qızı tüstüdən zəhərləndi

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.