📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda itkin düşən yeniyetmə TAPILDI

2021-11-13 23:54:00

Sumqayıtda itkin düşən yeniyetmə TAPILDI

22:51

Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb. Bu barədə uşağın atası Elmar Quliyev məlumat verib. Atanın sözlərinə görə, Səbail Rayon Polis İdarəsindən zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib: "Hazırda uşağı təhvil almaq üçün polis idarəsinə gedirik". 

***

21:11

Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb. Şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Lakin müəllimi zəng edərək, Elcanın dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur. \\Virtualaz.org