📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda kafedən çıxan kişi itkin düşdü

2024-03-04 21:07:34

Sumqayıtda kafedən çıxan kişi itkin düşdü

Sumqayıtda 56 yaşlı kişi itkin düşüb.

Yaxımlarının Xeberle.com-a verdiyi məlumata görə, Sumqayıt şəhərində yaşayan 1968-ci il təvəllüdlü Cəfərov Akif Əbülfəz oğlu 1 mart, saat 21.00-da kafedən çıxıb evə gedərkən itkin düşüb. O son olaraq 10A marşrutunun dayanacağında görünüb.

Yaxınlarının bildirdiyinə görə, itkin düşən şəxsin psixoloji durumu yerində olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə zəng edərək məlumat vermələri xahiş olunur.