Sumqayıtda parkdan ağacdan asılmış kişi meyiti tapılıb
2021-08-10 13:30:00
Sumqayıt şəhərində kişi meyiti tapılıb.
Bunu "Hürriyyət.az"a şəhər sakinləri bildirib. Meyitin kişiyə məxsus olduğu deyilir.
Meyit Sumqayıt şəhərində Nəsimi adına Mədəniyyət və İstirahət Parkının ərazisində ağacdan asılı vəziyyətdə tapılıb. İlkin məlumata görə, şəxsin intihar etdiyi deyilir. Əraziyə hüquq-mühafizə orqanları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
YƏHYA