📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sumqayıtda partlayış oldu, iki yaralı var - FOTOLAR

2021-11-10 10:14:00

Sumqayıtda partlayış oldu, iki yaralı var - FOTOLAR

Sumqayıt şəhərində Texnologiyalar Parkının törəmə şirkəti "STP AH" MMC-də partlayış hadisəsi olub.

Hurriyyet.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Partlayış nəticəsində iki nəfər yaralanıb. Onlardan biri ağır, digəri yüngül xəsarət alıb. Əraziyə təcili tibbi yardım cəlb edilib və yaralılar xəstəxanaya çatdırılıb.

Müəssisədən partlayışın başvermə səbəbi, xəsarət alanların kimliyi və vəziyyəti ilə bağlı hər hansı açıqlama verilməyib.

Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu cəlb olunub, araşdırma aparılır.